“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
Rəhbərlik

Sədr

Hüseynov Seyidhüseyn Ağaseyid oğlu

Doğum tarixi

1963: anadan olmuşdur.


Təhsil

1971–1981: Navadan kənd orta məktəbində təhsil almış və 10-cu sinfi bitirmişdir.

1981–1986: Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya fakültəsində təhsil almış, “Coğrafiya və biologiya” ixtisası üzrə məzun olmuşdur.

Karyera

1986: Lerik rayonuna təyinat almış və Lerik rayonunun 30-cu kilometr 8 illik məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.

1990: Təyinat müddəti bitdiyi üçün Lerik rayonunda müəllimlik fəaliyyətinə xitam vermişdir.

1990: Sabirabad rayon Xalq Təhsili Şöbəsi yanında metodkabinetə coğrafiya ixtisası üzrə metodist təyin olunmuşdur.

1990: Əmək təlimi və peşə yönümü üzrə inspektor vəzifəsinə irəli çəkilmişdir.

1994: Məktəb inspektoru vəzifəsinə təyin olunmuşdur.

1999: Yeni Azərbaycan Partiyasının üzvüdür və Təhsil işçiləri üzrə YAP rayon komitəsinin sədr müavinidir.

2010: ATİAHİ Sabirabad rayon komitəsinin sədri seçildiyinə görə tutduğu vəzifədən azad olunmuşdur.

2010: ETİHİ Sabirabad rayon komitəsinin sədri vəzifəsində çalışır.

O, həmçinin Sabirabad 67 saylı Dairə Seçki Komissiyasının üzvüdür.


Ailəlidir, 5 övladı var.